Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18

Bu görüntülər ilk dəfə YouTube portalında yerləşdirilib. Bakıda gedən bir tikintidən bəhs edən videoda qeyd edilir ki, tikinti İ və Ə hərfləri formasında aparılır. Google.map saytında girib əmin olduq ki, kosmosdan olan görüntülərdə İ və Ə hərfləri aydın nəzərə çarpır.

Təsadüfdür yoxsa qəsdən, amma bu işarələr İlham Əliyevin adının baş hərflərinin mənasını da daşıya bilər.

Əlbəttə, tikinti haqqında rəsmi məlumat olmadığından bu memarlıq simvolizminin məhz prezidentin adı ilə bağlı olduğunu iddia edə bilmərik. Məsələn, kimsə deyə bilər ki, bəlkə bu "Əli İnsanov" və ya elə "İmam Əli" mənası daşıyır - kim bilir?

Amma bu simvollar prezidenti nəzərdə tutursa, onda gərək "möhtəşəm prezidentə məhəbbətin mərkəzi şəhəri" Yevlaxdan Bakıya köçürülsün.

Görüntülərə burada bax

Şərhləri göstər

XS
SM
MD
LG