Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:47

Prezident milis sisteminə əl gəzdirir


Prezidentin fərmanıyla polis işçilərinin sayı 2012-ci ilə qədər 20 faiz azalacaq
Prezidentin fərmanıyla polis işçilərinin sayı 2012-ci ilə qədər 20 faiz azalacaq
Polis sistemində korrupsiya və özbaşınalıqlarla bağlı ard-arda qalmaqallardan sonra prezident Dmitri Medvedev sistemdə islahat aparmağı qərara alıb.

Medvedev Daxili İşlər nazirinin iki müavini və 16 regionun polis rəsini işdən çıxarıb.

Fevralın 18-də Dmitriy Medvedev keçirilən müşavirədə Daxili İşlər Nazirliyindıəki ciddi ixtisarları da élan edib. RUsiya prezidenti sistemdə nizam-intizamın artırılması və korrupsiyayala sərt mübarizə edilməsini tapşırıb.

Rusiya Prezidentinin islahatlar paketinə görə, Daxili İşlər Nazirliyinin mərkəzi aparatına tabe olan işçilərin sayını iki dəfə azaltmaq və 10 minə salmaq; polisin səlahiyyətlərini azaltmaq; 2012-ci ilə qədər bütün polislərin 20 faizini ixtisar etmək və polisdə xidmətə götürmə qaydalarını dəyişdirmək nəzərdə tutulur.

Medvedev keçirdiyi müşavirədə polisin özünün qarışdığı cinayətlərə xüsusilə toxunub və bildirib ki, cinayət əməllərinə qarşıan polislər xüsusilə amansız şəkildə cəzalandırılmalıdır.

Son vaxtlar Rusiya polisində özbaşınalıq faktları cəmiyyətdə ciddi əks-səda yaratmışdı.

BU həftə Moskva polisi içkili halda səkidə dayan qadını vurmuşdu, aprel ayında içkili polis rəisi supermarketdə 2 nəfəri güllələyib, 7-sini yaralamışdı, Dımovski familiyalı bir polis zabiti isə korrupsiya iddialarını internetə yerləşdirəndən sonra işdən çıxarılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG