Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:32

İsrail səfiri nazirlikdə informasiya verməyib


Həmas komandirinin Dubayda qətlə yetirilməsi İsrail və bir sıra Avropa ölkələri arasında gərginliyi artırıb.

Dubay polisinin şübhəli şəxslərə məxsus 11 pasportu açıqlaması, qətllə bağlı şübhələri İsrailin xəfiyyə agentliyi – Mossadın üzərinə aparır.

Bunlardan 6-sı Britaniya, 3-ü İrlandiya, biri Almaniya, biri isə Fransa pasportudur.

London İsraildən məsələyə aydınlıq gətirilməsini tələb edib.

Amma Xarici İşlər Nazirliyinə çağırılmış İsrail səfiri məsələ ilə bağlı informasiya verməkdən boyun qaçırıb.

Bu ölkələr pasportların saxta olduğunu deyirlər.

Həmasın komandirlərindən biri Mahmud əl-Mabhuh ötən ay Dubayda öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG