Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:14

Xorvatiyanın yeni prezidenti rəsmi fəaliyyətə başlayıb


Bu gün Xorvatiyada yeni prezidentin andiçmə mərasimi olub.

52 yaşlı hüquqşünas İvo İosipoviç bu vəzifədə 2000-ci ildən hakimiyyətdə olan Stipe Mesiçi əvəz edib.

İosipoviç mərasimdən sonra deyib ki, qarşısında duran əsas məsələ ölkənin mümkün qədər tez Avropa Birliyinə qoşulması olacaq.

O həmçinin qeyd edib ki, Zaqreb bütün qonşularıyla yaxşı münasibətlər qurmaq fikrindədir.
XS
SM
MD
LG