Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:25

21-ci qış olimpiya oyunlarında ABŞ hələ ki, liderdir


Kanadanın Vankuver şəhərində keçirilən 21-ci qış olimpiya oyunlarında həm qızıl medalların, həm də ümumilikdə medal sayına görə ABŞ 5-i qızıl olmaqla 14 medalla siyahıya liderlik edir.
İkinci yerdə 3 qızıl medalla Almaniya, üçüncü yerdə Fransa, dördüncü yerdə Kanada, Rusiya bir qızıl, bir gümüş və bir bürünc medalla 11-ci yerdədir.

Qış olimpiya oyunlarında 15 idman növü üzrə yarışlar keçirilir.

Vankuverdə keçirilən qış Olimpiya oyunlarında Azərbaycan iki idmançıyla təmsil olunur. Onlarından biri İtaliya, digərisə İsveçrə vətəndaşlarıdır. Onların fevralın 21-də yarışlara qoşulacağı gözlənilir.

Fevralın 12-də start verilən qış olimpiya oyunları fevralın 28-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG