Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:43

Bu gün «İŞDƏN SONRA» proqramında olanlar


Proqramın birinci saatında qızğın müzakirələr oldu (burada dinlə)

Qazlaşdırılmayan Azərbaycan

Nüsrət Qasımov
- Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə ekspertinin dediklərindən:

- Azərbaycanın qazlaşdırılması bəlkə 85 (hökümətin rəsmi elan etdiyi rəqəmdən) faizdən də artıqdır. Ancaq ucqar kəndlərə hələ qaz çəkilməyib. Azərbaycanda qazla bağlı problem ondan təhlükəsizlik istifadədir.

- Qaçqınların qaz problemini qaz idarəsi yox, qaçqınlarla iş komitəsi həll etməlidir.

- Qaz ehsan deyil ki, əhali havayı istifadə etsin. Bu yaxınlarda prezident böyük humanistlik göstərib 326 milyon manat məbləğində əhalinin qaz borcunu ödədi. Amma qaz təhcizatı bəzən də ona görə kəsilir ki, pulu ödənmir.

- Qaz istehlakçıları öz hüquqlarını tələb etməyi bacarmırlar. Qaz yoxdusa, səlahiyyətli orqanlardan tələb etməlisən.

- Məndən olsa, rüşvət alandan çox, rüşvət verəni cəzalandırmaq lazımdır. Qaza görə rüşvət istəyirlərsə, niyə ANS-ə, AzadlıqRadiosun-na müraciət edirsiz, prokurorluğa şikayət etsinlər də. İlanı Seyidəhməd əli tutmaq istəyirlər.

PROQRAMIN DAVAMINDA - UKRAYNA SEÇKİLƏRİ.

Studiyada Ukraynada prezident seçkilərini müşahidə edən Anar Məmmədli öz təəssüratlarını bölüşür


Proqramın ikinci saatında

"ANA DİLİ" və AZƏRBAYCAN mövzusunda MÜZAKİRƏ

Filosof Ağalar Məmmədov və jurnalist Azər Həsrətlə dil fəlsəfəsi haqda söhbət
XS
SM
MD
LG