Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

Qazaxıstan Bakı-Tiflis-Ceyhan ilə neft nəqlini dayandırıb


Qazaxıstanın «Tengiz» və «Korolevskoe» yataqlarında iş aparan «Tengizşevroyl» şirkəti Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri ilə neft nəqlini dayandırıb.

APA-nın «KAZİNFORM»a istinadən məlumatına görə, şirkətin baş direktoru Todd Levi bildirib ki, buna səbəb Azərbaycan tərəfinin neftin nəqli tariflərini artırması olub.

Amma BTC kəmərinə neft vurulmaması şirkətin hasil etdiyi neftin həcminə təsir etməyib.
T.Levinin sözlərinə görə, «Tengiz» neftini dünya bazarına digər marşrutlarla çatdırmaq üçün maksimum səylər göstəriləcək. Neft «Cənub axın», Xəzər boru konsorsiumu və ya dəmir yolu vasitəsilə nəql oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG