Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:16

Həmas komandirinin qətli gərginliyə səbəb olub


Həmas komandirinin Dubayda qətlə yetirilməsi İsrail və bir sıra Avropa ölkələri arasında gərginliyi artırıb. Dubay polisi şübhəli bilinənlərə məxsus 11 pasportu açıqlayandan sonra qətllə bağlı fərziyyələr İsrailin xəfiyyə agentliyi – Mossadın üzərində mərkəzləşib.

Pasportların 6-sı Britaniya, 3-ü İrlandiya, biri Almaniya və Fransaya məxsus olduğu bildirilir. Britaniya və İrlandiya pasportların saxta olduğunu bildiriblər və İsrail səfirini məsələni müzakirə etmək üçün çağırıblar.

Fransa və Almaniya da şübhəlilərin milliyyəti ilə bağlı sənədlərə inanmır.

Həmas komandiri Mahmud əl-Mahbuhun ötən ay öldürülüb.

İsrail bildirib ki, qətlin Mossadla əlaqəli olmasına dair heç bir sübut yoxdur.
XS
SM
MD
LG