Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:19

İran parlamentinin sədrinə müraciət edilib


İranda həbsdə saxlanılan azərbaycanlı fizik Rəşid Əliyevin azad olunması ilə bağlı 23 deputat İran parlamentinin sədrinə müraciət edib. Bu barədə AzadlıqRadiosuna Rəşid Əliyevin hüquqlarını müdafiə komitəsinin rəhbəri Soltan Həmid Məlikov məlumat verib.

Komitə sədri deyir ki, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur. İki ölkə arasında əldə edilən razılıq əsasında fizika sahəsində İrana dəvət edilib, amma onun müqavilə müddəti bitəndən sonra o viza rejimini pozma ittihamı ilə həbs edilib.

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun elmi işçisi Rəşid Əliyev 2008-ci il oktyabrın 6-dan İranda həbsdədir.

Bəzi xəbərlərə görə, alim viza rejimini pozduğuna görə həbs edilib.

Ancaq fizikin ailə üzvləri, həm də Müdafiə Komitəsi onun viza rejimini pozması versiyasına inanmırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG