Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:55

ABŞ dövlət katibinin müavini Bakıya gəlir


ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyams Berns fevralın 19-da birgünlük səfərlə Bakıya gəlir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin məqsədi ABŞ-Azərbaycan münasibətlərini daha da genişləndirmək və dərinləşdirməkdir.

Səfər zamanı onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək, U. Berns vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

U. Berns Bakıya Türkiyədən gəlir, öncə isə Livan və Suriyada olub. /APA/
XS
SM
MD
LG