Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:34

Alimin azad olunmaslıyla bağlı deputatlar parlament sədrinə müraciət edib


İranda həbsdə saxlanılan azərbaycanlı fizik Rəşid Əliyevin azad olunmaslıyla bağlı 23 deputat İran parlamentinin sədrinə müraciət edib. Bu barədə AzadlıqRadiosuna Rəşid Əliyevin hüquqlarını müdafiə komitəsinin rəhbəri Soltan Həmid Məlikov məlumat verib. Komitə sədri deyir ki, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur.

Lazer texnologiyaları üzrə tanınan fizik alimi Rəşid Əliyev 2006-2008-ci illərdə İranda «Sazan Electronics Industry company» şirkətində elmi fəaliyyətlə məşğul olub. Müqavilə müddəti bitəndən sonra o, şirkətdən ikinci dəfə iş təklifi alıb. İşlədiyi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun razılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə Rəşid Əliyev 2008-ci oktyabrın 5-də İrana gedib. Oktyabrın 6-da İrana gedəndən bir gün sonra saxlayıblar. Alimi viza rejimini pozmaq ittihamı ilə saxlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG