Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Qərb İrana « alışmalıdır»


İran nüvə fəaliyyətindən nəyin bahasına olursa-olsun əl çəkməyəcək. İranın BMT-dəki nümayəndəsi Əli Əşqar Soltani Britaniyanın «New Statesman» jurnalına müsahibəsində belə deyib.

İranlı rəsmi əlavə edib ki, Qərb İranın «zənginləşdirmə mütəxəssisi» olduğuna alışmalıdır.

ABŞ-ın təkid etdiyi yeni BMT sanksiyasına gəlincə, Əli Əşqar Soltani bunun «kolonist təfəkkür»ü əks etdirdiyini bildirib.

Qərb ehtiyatlanır ki, İran nüvə silahı hazırlaya bilər. İran isə nüvə proqramının dinc məqsədli olduğuna təkid edir.
XS
SM
MD
LG