Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:53

“Harri Potter”in müəllifini məhkəməyə verdilər


"Harri Potter" kitabları indiyəcən dünyanın 67 ölkəsində ümumilikdə 400 milyon tirajla satılıb.
"Harri Potter" kitabları indiyəcən dünyanın 67 ölkəsində ümumilikdə 400 milyon tirajla satılıb.
Fevralın 17-də dünyanın ən varlı yazıçısı, uşaqlar üçün “Harri Potter” kitablarının müəllifi Coan Roulinqi məhkəməyə veriblər.

Başqa bir Britaniya yazıçısı Adrian Cakobsun varisləri onu plagiatçılıqda ittiham edir.

Onlar iddia edirlər ki, xanım Roulinq onun 1987-ci ildə çapdan çıxan “The Adventures of Willy the Wizard: No. 1 Livid Land” kitabının bir hissəsini “Harri Potter”ə köçürüb.

Məhkəmə iddiasında deyilir ki, sehrbaz həbsxanası, sehrbaz xəstəxanası və sehrbaz kolleci konsepsiyalarını ilk olaraq Cakobs öz əsərində istifadə etdib.

Roulinq isə ‘Harry Potter and the Goblet of Fire’ əsərində həmin anlayışlardan plagiatçılıq edərək yararlanıb.

C.Roulinq
Cakobsun nümayəndəsi deyib ki, sözügedən “Harri Potter” kitabı 2000-ci ildə buraxıldığı üçün əvvəlcə onlara müəllifə qarşı iddia qaldırılmasının mümkün olmadığı, 6 illik müddətin keçdiyini deyiblər.

Buna görə də onlar keçən ilin iyununda kitabı çap edən nəşriyyatı məhkəməyə vermişdilər.

Amma sonradan məlum olub ki, qanunlar müəllifə qarşı da iddia qaldırmağa imkan verir və indi iddiaya xanım Roulinqin də adı əlavə edilib.

Roulinq ittihamları "absurd" adlandırıb. Deyib ki, nə onu plagiatçılıqda ittiham edən müəllifi tanıyır, nə də onun kitabını oxuyub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG