Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

Azərbaycan-Qambiya əlaqələri uğurla inkişaf edir


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qambiya Respublikasının prezidenti Yəhya Cammehə məktub yaaraq, milli bayramları münasibətilə təbrik edib. Məktubun mətnini Azərtac agentliyi dərc edib:

Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qambiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qambiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 fevral 2010-cu il.

XS
SM
MD
LG