Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06
Rusiya Gürcüstanın separatçı bölgəsi olan Abxaziya ilə hərbi razılaşma imzalayıb.

Razılaşmaya görə, Rusiya ordusuna Abxaziyada baza veriləcək.

Sənəd separatçıların lideri Sergey Baqapşın Moskvaya səfəri zamanı imzalanıb.

Razılaşma Rusiya və Gürcüstanın onsuz da gərgin olan münasibətlərini bir az da tarıma çəkib.

Rusiyanın “İnterfaks” agentliyi xəbər verir ki, saziş Rusiyaya Abxaziyada mövcud olan hərbi bazanı müasirləşdirmək hüququ verir.

Bundan başqa Rusiya və Abxaziya birgə hərbi birləşmə də yaradacaqlar.

“İnterfaks” bildirir ki, həmin baza Qudauta limanında yerləşir.

49 İLLİK MÜQAVİLƏ

Qudauta bazası Abxaziyanın mərkəzi olan Suxumidən şimalda yerləşir və 1700 nəfərlik heyəti var.

Sənəd 49 il qüvvədə olacaq və beş ildən bir avtomatik olaraq yenilənəcək.

AbxaziyanIn müdafiə nazirinin müavini Qarri Kuralba deyib ki, bazadakı heyət 3 min nəfərə çatdırılacaq, oraya Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri də daxil olacaq.

Gürcüstanın Reinteqrasiya naziri Temur İakobaşvili razılaşmanı qanunsuz adlandırıb.

Abxaz lideri Baqapş və Rusiya prezidenti Medvedev. 17 fevral 2010
"Bu razılaşma il yarım qabaq Fransa prezidenti Sarkozinin vasitəçiliyi ilə imzalanan və Rusiyanın da imza atdığı 6 maddəlik atəşkəs sazişinin pozulmasıdır.

Bu həm də beynəlxalq normaların pozulmasıdır və Kreml bu yolla Gürcüstanın separatçı bölgələrini öz əlində saxlamağa çalışır”.

Abxaziya və Cənubi Osetiya 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən qısamüddətli müharibədən sonra özlərini bir daha müstəqil dövlət elan ediblər və Moskva onların müstəqilliyini tanıyıb.

AZƏRBAYCAN XİN-in SÖZÇÜSÜ: “BU MƏSƏLƏ HƏLƏ GÜNDƏMDƏ DEYİL”

Azərbaycanda Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Rusiyanın Abxaziyada baza yaratması Azərbaycanın da maraqlarına uyğun deyil.

“Bir tərəfdən Azərbaycan öz neftini-qazını Gürcüstan vasitəsilə dünya bazarına çıxarır və bu həmin marşruta təhlükədir. Digər tərəfdən Azərbaycanın da tərkibində separatçı bölgə var və onun yaradılmasında Rusiya yaxından iştirak edib. Bu baxımdan da həmin baza narahatlıq doğurur”.


Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxovdan da soruşduq ki, Rusiyanin Abxaziyada baza yaratması Azərbaycanı narahat edirmi? Onun cavabı qısa oldu.

“Bu məsələ hələ bizdə gündəmdə durmayıb”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG