Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Mossadın Dubaydakı qətldə əli yoxdur?


Həmas komandirinin Dubayda qətlində Mossadın əli ola bilməz. İsrailin xarici işlər naziri Avigdor Liberman bu haqda iddialara bu gün belə cavab verib.

Həmas qrupu ötən ay Dubayda qaldığı oteldə ölü halda tapılan tapılan Mahmud əl-Mahbuhun qətlində Mossadı ittiham edirdi.

Dubay polisi isə qətldə şübhəli bilinənlərə məxsus olan 11 pasport yayımlayıblar. Həmin pasportlar avropa ölkələrinə məxsus olsa da, pasportları həqiqiliyi təsdiqlənməyib. Ancaq passportlarda kimliyi göstərilənlər haqda həbs qərarı verilib.

İsrailin xarici işlər naziri isə iddia edir ki, nəinki Mossadın, heç bir başqa xüsusi xidmət orqanının da bu işdə əli olması həqiqət deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG