Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:33

Gəncədə alternativ enerji mənbələrinə dair beynəlxalq konfrans keçiriləcək


Məqsəd regionun alternativ enerji mənbələrini müəyyənləşdirmək və onların geniş tətbiqinə nail olmaq sahəsində fikir mübadiləsi aparmaqdır.

Bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzin şöbə müdiri İrşad Abbasov verib. Onun sözlərinə görə, nəzərdə tutulan beynəlxalq konfrans Gəncə Regional Elmi Mərkəzin və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək.

İ Abbasov deyir ki, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi ekologiyanın qorunması sahəsində böyük önəm daşıyır. Konfransda beynəlxalq səviyyəli ekspert və alimlərin iştirakı nəzərdə tutulur.

Konfransda əsasən regionun alternativ enerji mənbələri, onlardan istifadənin səviyyəsi həmçinin enerji mənbələrinin istifadəsi və onların Azərbaycanda, xüsusilə də regionlarda tətbiqi ilə bağlı fikir mübadilələri aparılacaq.
XS
SM
MD
LG