Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:14

Ukrayna Ali Məhkəməsi seçkilərin nəticəsini təxirə salıb


Ukrayna Ali Məhkəməsi Yulya Timoşenkonun şikayəti üzrə qərar çıxarılana qədər seçkilərin nəticəsini təxirə salıb.

Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilmiş seçkidə Regionlar Partiyasının lideri Viktor Yankoviçi 3,5 fazi fəqrlə qalib elan etmişdi. Onun rəqibi Yulya Timoşenko isə seçkinin nəticələri ilə razılaşmayıb məhkəməyə müraciət etmişdi.

Yanukoviçin andiçmə mərasimi fevralın 25-də olacaq. Andiçməyə qədər məhkəmə Timoşenkonun şikayəti üzrə qərar çıxaracaq.

XS
SM
MD
LG