Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02
Görkəmli ingilis yazıçısı, “Oliver Tvist” və başqa məşhur əsərlərin müəllifi Çarlz Dikkensin itinin xaltası fevralın 16-da Nyu-Yorkdakı “Bonhems” hərracında 11 min 590 dollara satılıb.

Bu haqda İTAR-TASS agentliyi xəbər verir.

Hərracdan əvvəl xaltanı 4-6 min dollar arası qiymətləndirirdilər.

Dikkensin heyranı olduğu güman edilən alıcı adının açıqlanmasını istəməyib.

19 əsrdə - bir çox ingilislər kimi Dikkens də itləri çox sevirdi.

Dostlarının dediyinə görə təklikdən qorxan yazıçı evində bir neçə it saxlayırmış.

Güman edilir ki, hərraca çıxarılan xalta onun ən sevimli iti olan Linda adlı senbernarın olub.

Dəri xaltanın dəmiri üzərində yazıçının adı da həkk edilib.

Yazıçıya məxsus əşyalar periodik olaraq hərraca çıxarılır, keçən il onun fil dişi və qızıldan hazırlanmış diş çöpü 9 min dollara satılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG