Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Milli Kitab onluğundakı əsərlər satılacaq


Milli Kitab müsabiqəsində ilk onluğa düşmüş yazarların əsərləri bir ay ərzində kitab formasında çap olunacaq.

Müsabiqənin təsisçisi, «Əli və Nino» mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli AzadlıqRadiosuna bildirib ki, hələlik bu əsərlərin bir kitab olacağı, ya ayrı-ayrılıqda çap olunacağı məlum deyil:

«Bir həftə ərzində buna qərar verəcəyik. Ayrı-ayrılıqda çap etmək üçün bəzi əsərlərin həcmi çox, bəzilərininki kiçikdir. Ona görə götür-qoy edirik».
Çap olunan kitablar təkcə kitabxanalara paylanmayacaq, onların satışı da təşkil olunacaq:

«Amma əsərləri Milli Kitab müsabiqəsinin saytında yerləşdirmək niyyətində deyilik. Çünki biz kitab təbliğ etmək istəyirik. Saytda yayılarsa, kitabı alıb oxumağa maraq azalar».

Nigar Köçərli deyir ki, müsabiqənin sonuncu mərhələsinə başlanıb, bu gün və sabah əsərlərin elektron versiyası münsiflər heyətinə təqdim olunacaq. Nəticələr mayın 1-də elan ediləcək. İlk üç yerin sahibinə pul mükafatı veriləcək.

Milli Kitab müsabiqəsinə 265 əsər təqdim olunmuşdu. Onların 205-i Azərbaycan, 60-i rus dilindədir. Ekspertlər Şurası təqdim olunmuş bütün əsərləri oxuyub 20 əsərdən ibarət uzun siyahı, sonra isə ilk onluğu hazırlayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG