Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Leyla Əliyevanın jurnalına məcburi abunə...



«Azadlıq»:

Hər sahibkar on «Baku» almalıdır

Təsisçisi prezident İlham Əliyevin qızı Leyla Əliyeva olan «Baku» jurnalına məcburi abunə kampaniyası aparılır. Bu haqda tanınmış şirkətlərdən birinin rəhbərinin sözlərinə görə, kampaniyaya birbaşa vergi orqanları rəhbərlik edir: «Bu jurnal çıxandan, üç ildir eyni situasiya ilə üzləşirik. Bir neçə gündür Vergidən zəng edib abunə yazılmağımızı tələb edirlər. Özü də heç bir izahat dinləmədən nə az, nə çox – 10 nəfərin abunə olmasını istəyirlər:
«Bizim səmimi inamımız var ki, bu kampaniyadan Leyla Əliyevanın xəbəri yoxdur. Kimlərsə ona özünü hörmətli göstərmək üçün burda belə işlər görür. Müraciətimizdə biz bu məqamları Leyla xanımın diqqətinə çatdıracağıq».

«Yeni Müsavat»:

Köhnə maşınlar bahalaşır

Sumqayıt maşın bazarında müşahidə aparan əməkdaşımız maraqlı halların şahidi olub. Belə ki, bu məhdudiyyətdən sonra ölkədə istifadə olunan köhnə maşınların avtomatik olaraq bahalaşacağını nəzərə alan alverçilər əllərindəki pullara köhnə maşınlar almağa üstünlük verir.
Maşın biznesi ilə məşğul olan Vüsal adlı şəxs bazara daxil olan köhnə maşınların həmkarları tərəfindən böyük həvəslə alındığını dedi: «Bu gün daha çox alınıb-satılan köhnə maşınlardır. İkinci əl bazarının hamısını, birinci əl bazarının isə 60 faizini işlənmiş maşınlar təşkil edir. Əgər müəyyən ildən aşağı maşınları ölkəyə gətirməyə qoymasalar, köhnə maşınlara tələbat artacaq və təbii olaraq qiymət artımı baş verəcək. Ona görə də maşın alverçiləri əllərindəki işlənmiş maşınları satmır, üstəlik, hər bir ticarətçi 1-2 maşın alıb saxlamağa çalışır».

«Bizim yol»:

Prezidentin icra olunmayan fərmanları

2009-cu ildə prezident İlham Əliyev 150-yə yaxın fərman, 200-dən çox sərəncman imzalayıb. Əlbəttə, onların arasında ən çox yadda qalanı «Elektroenergetika haqqında», «Qaz təchizatı haqqında» və «Su təchizatı və tullantı suları haqqında» qanunlarına edilən əlavə və dəyişikliklər oldu. Burada diqqətçəkən məqam isə saycağların pulsuz qarışdırılması ilə bağlı prezidentin fərmanının müvafiq qurumlar tərəfindən icra olunmamasıdır.
Həm «Azərenerji», həm də «Azəriqaz» prezidentin qərarlarını istədikləri istiqamətə yönəldib, öz xeyirlərinə dəyişə bilirlər.
Şübhəsiz ki, dövlət başçısının digər sərəncam və fərmanlarına qarşı da normal münasibət yoxdur.
«Hüquqi Dövlət» Araşdırmaları Mərkəzi»nin rəhbəri Müzəffər Baxışov bildirdi ki, fərmanların icra olunmadığını demək olmaz. Lakin onları tənzim eləyən hüquqi aktların reallaşmasında gecikmələr olur.

«Yeni Azərbaycan»

Məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaqlar

Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar. Bu, ilk növbədə uzun illər yataqxana şəraitində yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Həmin məsələ Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunan müşavirəsində də diqqət mərkəzində olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, paytaxtdakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin siyahıları hazırlanıb.
Ə.Həsənov qeyd edib ki, ilk növbədə Təhsil Nazirliyinin balansında olan bir neçə yataqxanada yaşayan məcburi köçkünlər köçürüləcək. Hazırda məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlar aparılır.

«Azərbaycan»:

Fiziki cəhətdən qüsurlu uşaqların təhsilinə qayğı artır

Təhsil spesifik sahə olduğu üçün buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək düzgün deyil, bu prosesdə ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Heydər Əliyev Fondunun xeyriyyəcilik fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması da bu mənada təsadüfi deyildir.
Bakı şəhəri Nizami rayonunda kar uşaqlar üçün respublika 1 saylı internat məktəbinin direktoru Tarverdi Əliyev əməkdaşımızla söhbət zamanı dedi:
- 1932-ci ildən fəaliyyət göstərən internat məktəbində bütün bölgələrimizdən şagirdlər təhsil alırlar. Məktəbdə 31 Azərbaycan, 12 rus sinfi fəaliyyət göstərir. Ümumilikdə məktəbdə 400 şagird təhsil alır.
Ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına xüsusi diqqət ayırması, bu siyasətin müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi böyük səmərə vermişdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG