Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:11

Metroda bomba olduğu xəbəri yayan azadlığa buraxıldı


Metroya bomba qoyulması barədə yalan məlumat vermiş Kürdəmir rayon sakini Elşən Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Fevralın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Elşən Məmmədova 2 il şərti həbs cəzası verilib.

1993-cü il təvəllüdlü Elşən Məmmədov ötən ilin noyabr ayında Bakı Metropoliteninin «Əzizbəyov» metrostansiyasına bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Amma məlumat öz təsdiqini tapmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG