Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:01

Səfiri soyan tutuldu


Macarıstanın Azərbaycandakı səfirini qarət edən şəxs həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisəni törədən, Bakı şəhər sakini, 24 yaşlı Anar Rəşidzadə tutularaq istintaqa təhvil verilib.

Məlumatda bildirilir ki, hadisə fevralın 7-də İçərişəhərdə baş verib. Naməlum şəxs Macarıstanın Azərbaycandakı səfiri Jeno Borosdan mobil telefonunu danışmaq adı ilə götürərək hadisə yerindən qaçıb.
XS
SM
MD
LG