Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16
Fevralın 16-da Lerik rayonunda güclü qasırğadan sonra bütün rayon işıqsız qalıb. Dünən axşamdan aparılan bərpa işlərindən sonra isə rayon mərkəzi elektriklə təmin olunub.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AzadlıqRadiosuna deyib ki, bu gün axşama qədər rayonun bütün yaşayış məntəqələrinin işıqla təmin olunması üçün iş gedir:

«Dünən axşamdan işıq kəsildi. Lənkəran-Lerik və Masallı-Lerik xətlərinin hər ikisində qəza baş verdi. Saat 4-ə yaxın Lerikə, eyni zamanda 100-ə yaxın kəndə işıq bərpa olundu. Bu gün iş davam edir. Gün ərzində bütün rayona işığın bərpa olunacağı gözlənilir».

Lerikdə 162 yaşayış məntəqəsi var. Rayonun yarısı hazırda işıqsızdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG