Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:25

Astarada sahibkarın qeydiyyat dərdi


Astaradakı “Savalan” firmasının direktoru Səlimə Əliyeva iddia edir ki, qeydiyyat üçün Dövlət Reyestr Xidməti Lənkəran şəhər Ərazi İdarəsində ondan səkkiz min dollar rüşvət istəyirlər. Sahibkar deyir ki, bu məbləği ondan Reyester Xidməti Əmlak Məsələləri Dövlət Komitəsinə birləşməzdən əvvəl də istəyiblər, indi də istəyirlər.

Sahibkar bildirir ki, problem təkcə bununla bitmir, il ərzində bir neçə dövlət qurumu yoxlamalar aparır və dövlət rüsumundan başqa onlara əlavə pul verilməsini istəyirlər. Həmin pulu verməyəndə isə onların işlərinə ciddi maneələr yaradılır, yerli-yersiz yoxlamalar aparılır.

Səlimə Əliyevanın sözlərinə görə, regionlarda sahibkarlıqla məşğul olan qurumlar sadələşdirilmiş vergi ödəyicisi kimi ildə 400-500 manat vergi ödədikləri halda qeyri-rəsmi ödənişlər 10-15 min manatdan çox olur.

“Hara müraciət edəcəyimizi bilmirik. Az qalıb ki, rüşvəti də qanuniləşdirsinlər. O, dövlət qurumu gəlir bu qədər verməlisən, başqa bir dövlət qurumu gəlir ki, yox, bu qədər verməlisən”.

Amma Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Lənkəran şəhər Ərazi İdarəsinin baş mühəndisi Elman Əsədullayev hansısa sahibkardan rüşvət istəmələri barədə xəbərlərin yalan olduğunu dedi. Onun bildirdiyinə görə sahibkar Səlimə Əliyevanın iddialarını Astara rayon məhkəməsi təmin etsə də Şirvan Apelyasiya məhkəməsi onu rədd edib.

“Biz o qadın sahibkarın heç üzünü görməmişik. Üzünü görmədiyimiz adamdan necə rüşvət istənilə bilər?”

Sahibkar Səlimə Əliyeva bildirir ki, reyester xidmətində qeydiyyata düşmədiyi üçün firma bankdan kredit götürə bilmir. Sahibkar deyir ki, üzləşdikləri vəziyyətlə bağlı ölkə prezidentindən tutmuş Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qədər bütün qurumlara müraciətlər ediblər. Amma hər dəfə məsələ araşdırılmaq üçün onlardan rüşvət istəyən qurumun üstünə göndərilir.

Sahibkarın başına gələnləri və cavabdeh təşkilatların izahlarını burada dinləyin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG