Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:57

İranla Türkiyənin nüvə danışıqlarında nəticə yoxdur


İranın Xarici İşlər naziri Manuçöhr Möttəki bu gün bildirib ki, Tehran böyük dövlətlərlə nüvə alış-verişinə dair istənilən yeni ideyanı müzakirə etməyə hazırdır. Mottaki bu barədə türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Tehranda görüşəndən sonra bildirib.

Davudoğlu İranı BMT-nin nüvə təkliflərinə razı salmaq üçün Tehrana gedib.

Keçən həftə İran nüvə zənginləşdirməsi prosesinə başladığını elan edəndən sonra böyük dövlətlərdən Tehrana qarşı yeni sanksiyalar barədə xəbərdarlıqlar səslənir.

İranın Xarici İşlər naziri türkiyəli həmkarı ilə müzakirələri yalnız məsləhətləşmə adlandırıb və heç bir real qərar elan edilməyib.

BMT İrana müəyyən həddə qədər zənginləşdirilmiş uran verməyi təklif edir. Tehran isə yalnız tam nüvə yanacağı ala biləcəyində israr edir. ABŞ və Qərb İranın nüvə zənginləşdirməsi adı ilə əslində atom bombası hazırlamasından ehtiyat edir. Amma İran bunun yalnız elektrik stansiyası tikmək üçün lazım olduğunu bildirir.
XS
SM
MD
LG