Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:46

Neda Ağa-Soltanın ölümünü çəkən naməlum müəllif mükafat aldı


Tehranda mitinq zamanı gənc qızın vurularaq həlak olmasını çəkib YouTube.com saytına yerləşdirən namizəlum adam ABŞ-da nüfuzlu jurnalistika mükafatına layiq görülüb. İlk dəfədir ki, Corc Polk Mükafatı anonym müəllifə verilir.

26 yaşlı Neda Ağa-Soltanın video və fotoları onun güllə ilə vurulmasından dərhal sonra çəkilmişdi. Sonradan bu şəkillər və video iyunda keçirilmiş prezident seçkisinin saxtalaşdırldığını deyən müxalifət tərəfdarlarının mübarizə rəmzinə çevrildi.

Bu mükafat 1949-cu ildə CBS telekanalının reportyoru Corc Polkun şərəfinə təsis edilib. Onu Yunanıstanda vətəndaş müharibəsi zamanı qətlə yetirmişdilər.
XS
SM
MD
LG