Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:38
«Azərbaycanda beynəlxalq təşkilatların fəaliyyətinə heç bir maneə yoxdur. Onlar üçün tam şərait yaradılıb ki, fəaliyyət göstərsinlər». Bunu Azadlıq Radiosunun «İşdən sonra» proqramında Azərbaycan Milli QHT Forumunun sədri Rauf Zeyni deyib.
Onun sözlərinə görə, Azərbaycan belə təşkilatların ölkədə fəaliyyət göstərməsinə ehtiyac duyur.

Bəs Beynəlxalq Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutu niyə qeydiyyatdan keçə bilmir?

Bu məsələyə proqramda Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Ülvi İsmayıl aydınlıq gətirib:

«Beynəlxalq Respublikaçılar İnstitutu 10 il, Milli Demokratiya İnstitutu isə 15 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir. Bunların qeydiyyatına 2005-ci ildə ilk cəhd edilib. Qeydiyyat məsələsi bu yaxınlara kimi Azərbaycanda bir qədər aydın deyildi. Əvvəllər beynəlxalq humanitar təşkilatların qeydiyyatıyla məşğul olan komitə var idi. Ona baş nazirin müavini Əli Həsənov rəhbərlik edirdi. Bir sıra təşkilatlar burada, digərləri isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdi. Dekabr ayında prezidentin sərəncamından sonra bu təşkilatlar artıq yalnız Ədliyyə Nazirliyində qeydiyyata alınır. Artıq Respublikaçılar İnstitutu qeydiyyat məsələsində müsbət siqnallar alıb. Onu da qeyd edim ki, Beynəlxalq Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutu qeydiyyatdan keçmədiklərinə baxmayaraq, ciddi bir problemləri olmayıb. Miqrasiya haqqında da qanun qəbul edildi. Biz düşünürük ki, digər təşkilatlar da bu qanunun tələblərinə uyğun olaraq işçi miqrant statusu alacaqlar. Bir çox təşkilatlar bu statusu alıblar və işləyirlər».

Rauf Zeyni deyir ki, Birləşmiş Ştatlar Azərbaycana region dövlətləri ilə müqayisədə az yardım ayırır.

«Yaxınlarda milli hesabat ictimaiyyətə təqdim ediləcək. Azərbaycanda fəaliyyət göstərən donorlar 2009-cu ildə QHT-lərə 20-30 milyon ABŞ dolları maliyyə yardımı ayırıb. Bu da region dövlətləri ilə müqayisədə çox fərqlidir, onlarda bu yardım 80-100 milyon həcmindədir».

PROQRAMI DİNLƏYİN

Şərhləri göstər

XS
SM
MD
LG