Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:27

Avropa Birliyi Yunanıstana martın 16-a qədər möhlət verdi


Avropa Birliyi ölkələrinin Maliyyə nazirləri Yunanıstanı avro pul vahidini təhlükəyə qoyan büdcə kəsirini həll etməyə çağırıblar. Brüsselə toplaşan nazirlər bildiriblər ki, Yunanıstan ən geci yanvarın 16-a qədər builki büdcə kəsirini 12.7 faiz azaltmaq üçün tədbirlər görməlidir.

Beynəlxalq maliyyə böhranına görə Yunanıstanın getdikcə böyüyən büdcə kəsiri Avropanın ən böyük pul vahidi olan avro üçün ciddi təhlükə yaradıb. Bu, dövriyyəyə buraxıldığı 11 ildə avronun üzləşdiyi ən ciddi böhran kimi qiymətləndirilir. 27 Avropa Birliyi ölkəsindən 16-da hazırda avro işlədilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG