Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:13

Əhmdəinejad ABŞ-la da nüvə alış-verişini mümkün sayır


İranın prezidenti Mahmud Əhmədinejad bu gün bildirib ki, nüvə yanacağının alış-verişi ilə bağlı danışıqlar davam edir. O deyib ki, hətta ABŞ-la nüvə yanacağını dəyişməyə hazırdırlar.

İran prezidenti bird aha bıyan edib ki, əgər onlara nüvə yanacağı tam həcmdə verilsə, özləri uranın 20 faiz zənginləşdirilməsi yolu belə yanacaq əldə etmək prosesini dayandıra bilərlər.

Ötən həftə Əhmədinejad göstəriş vermişdi ki, nüvə yanacağı əldə etmək üçün uranın 20 faiz zənginləşdirilməsi prosesi başlasın. Sonradan isə bu prosesin uğurlu alındığını deyib ölkəsini nüvə dövləti elan etmişdi.

BMT İrana zəif zənginləşdirilmiş uranı kənardan almağı təklif edir. Əks təqdirdə, Tehran bu nüvə yanacağı əldə etmək prosesini özü davam etdirsə, Tehrana qarşı yeni sanksiyalar olacağı barədə xəbərdarlıq edilib. ABŞ və Qərb narahatdır ki, İran nüvə yanacağından atom silah yaratmaq üçün istifadə edə bilər.

Tehran hələlik təklifi qəbul etmir, tam zənginləşdirilmiş uranı kənardan ala biləcəyini bildirir. İran nüvə silahı yaratmaq istədiyi barədə iddiaları da qəbul etmir, bildirir ki, nüvə yanacağı ona yalnız elektrik stansiyaları tikmək üçün lazımdır.
XS
SM
MD
LG