Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Azərbaycan Fransanın hərbi əməkdaşlıq təklifinə cavab verməyib


Fransa jandarması hərbi təlimlərdə, 5 fevral 2010

Fransa jandarması hərbi təlimlərdə, 5 fevral 2010

Fransa və Ermənistan müdafiə nazirləri arasında imzalanan əməkdaşlıq hər iki ölkə arasında bu sahə üzrə aparılan məsləhətləşmələrin məzmununu dəqiqləşdirir.

Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirir ki, bu əməkdaşlıq müdafiə və təhlükəsizlik anlayışlarına, həmçinin silahlı qüvvələrin təşkilatına (silahlı qüvvələrə demokratik nəzarət, komandanlığın təşkili, administrasiya və işçilərin idarə edilməsi, hərbi təhsil və dil tədrisi, ictimai əlaqələr, qanunvericilik, hərbi tarix, hərbi məhkəmə, hərbi səhiyyə) aiddir:

«Anlaşma klassifikasiya edilmiş informasiya, yaxud materiallar mübadiləsinin olmadığı dəqiq göstərilir».

Mətbuat xidməti onu da bildirir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və razılaşdırılmış həlli üçün vasitəçilik vəzifəsini daşıyan Minsk Qrupunda öz həmsədrlik mövqeyinə uyğun olaraq, Azərbaycan və Ermənistanla münasibətlərində bitərəfliyin saxlanılmasına önəm verir və bu anlaşmanın heç bir bəndi həmin bitərəfliyi şübhəyə almır:

«Məhz bu bitərəflik ruhunda Fransa Azərbaycana eyni məzmunlu saziş imzalamağı təklif edib. Azərbaycan höküməti hələ də Fransanın qüvvədə olan bu təklifinə rəsmi cavab verməyib».

Bu il fevralın 10-da Parisdə Fransanın və Ermənistanın Müdafiə Nazirləri müdafiə sahəsinə aid əməkdaşlığa dair texniki anlaşma imzalayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG