Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

Biznesmeni paytaxtı tərk etməmək şərti ilə azad ediblər


Ermənistan polisi müxalifət yönlü iş adamı Xaçatur Sukiasiyanın qardaşını və onun ortağını Yerevanı tərk etməmək şərti ilə azad edib. SİL Konsern holdinq şirkətinin rəhbəri olan Sarıbek Sukiasyan və onun şəriki Artaş Stepanyanı polis başqasını ölümlə hədələmək ittihamı ilə saxlamışdı. Onları 72 saat saxlayandan sonra bazar ertəsi Yerevanı tərk etməmək barədə onlardan iltizam alınıb buraxılıb. Amma müxalifət bu ittihamın siyasi mahiyyətli təzyiq olduğunu deyirlər.

Erməni Milli Konqresi yerli və beynəlxalq insan haqlarını müdafiə təşkilatlarına müraciət edərək əslində Sukiasyan qardaşlarından onların müxalif mövqelərinə görə intiqam alındığını bildirib.

Amma Ermənistan polisi əslində bu adamların iqtisadi motivlərlə başqalarını ölümlə hədələdiklərini qeyd edir. Polisin bildirdiyinə görə başqa bir iş adamı Sarıbek Sukiasyanın hansısa şəriklik çüqaviləsini imazalamaq üçün onu təhdid etdiyini deyərək polisdən kömək istəyib.

Xaçatur Sukiasyan 2007-ci ildə keçmiş prezident Levon Ter-Petrosyanı müdafiə etdiyini bəyan edib. Bundan sonra onun şirkəti iri məbləğdə vergidən yayınmaq ittihamları ilə üzləşib. Onun şirkətlərinin bəzilərini rəsmilər müsadirə ediblər. Ailsəi bu müsadirə qərarından Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG