Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44

Sabiq prokurorun oğlu bəraət istəyir


Bakı Apellyasiya Məhkəməsində Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun apellyasiya şikayətinə baxılır.
Məhkəmə iclasına hakim Mirpaşa Hüseynov sədrlik edir. Bu barədə AzadlıqRadiosuna həmin məhkəmədən məlumat verilib.

Sabiq prokuror oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Mütəşəkkil dəstə üzvü kimi mühakimə olunaraq ötən ilin aprel ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Rəşid Həsənovla yanaşı Bakı şəhərinin keçmiş prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov və daha 11 nəfər Türkiyədən, Dubaydan ekstaz həbləri gətirməkdə, istifadə etməkdə və satmaqda təqsirləndiriliblər. Məhkəmə Ədalət Mirsalamlının oğlunun xəstə olmasını əsas gətirərək barəsindəki cinayət işinin dayandırılmasına dair qərar çıxarıb. Mahir Mirsalamlı hələ də Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. İlhamə Quliyevanın oğulluğu Orxan Nadirova gəlincə, məhkəmə onun təcridxanada qaldığı müddətlə kifayətlənərək azadlığa buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG