Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:38

Kreml İrana qarşı yeni sanskiyaları istisna etmir


Bu gün Kremldən bildiriblər ki, əgər İran özünün nüvə proqramına görə beynəxlaq ictimaiyyətin narahatlığına son qoymasa, yeni sanksiyalarla üzləşə bilər.

Prezident Dmitri Medvedevin sözçüsü deyib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını genişləndirməlidir. Əgər Tehran öhdəliklərini yerinə yetirməsə, İrana qarşı yeni sanskiyaların qəbul edilməsi istisna deyil.

Prezidentin sözçüsü Natalya Timakova bildirir ki, Dmitri Medvedev bazar ertəsi Moskvada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə də bu fikirləri ifadə edib. Netanyahu Medvedevi yeni sanksiyaları müdafiə etməyə çağırmışdı.
XS
SM
MD
LG