Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

Vunderkind, yoxsa ədəbi oğru?


Adətən bir yazıçının hansısa əsərinin böyük maraqla qarşılanması, onun kitablarının ən çox satılan kitablar sırasına düşməsi və nüfuzlu kitab mükafatına namizəd olması üçün on illiklər lazım gəlir.

Ancaq vur-tut 17 yaşı olan Helene Hegemann bütün bunlara ilk kitabını yazandan sonra nail olub. Özü də bir neçə həftəyə. Baxmayaraq ki, tənqidçilər onu plagiatçılıqda ittiham edirlər.

Helen Hegemanın ötən həftə nəşr olunmuş romanı anasının ölümündən sonra narkotikaya qurşanmış və vaxtını gecə klublarında keçirən 16 yaşlı gənc haqqındadır. Kitabın adı “Axolotl Roadkill” dır.

"GƏNC YAZIÇI ÜÇÜN MÖHTƏŞƏM BAŞLANĞIC"

Kitab qısa müddətdə alman mətbuatında böyük maraq doğurub. Mətbuat yazır ki, bu gənc yazıçı üçün möhtəşəm başlanğıcdır. Kitabı bu həftə “De Şpiegel” jurnalı ən çox satılan kitablar sırasına qoyub.

Televiziyalar onunla eksklüziv müsahibələr yayıb. Onun müsahibələri Youtube-a yerləşdirilib.

Bütün bunlar öz yerində. Ancaq necə dəyərlər, qızın işinə pəl vuran tapılıb. Keçən həftə bir bloqqer yazıb ki, bəs, məzmun daha az tanınmış “Strobo” əsərindən götürülüb.

Bloqqer yazır ki, bu romanın məzmunu Ayren imzalı bir müəllifə məxsusdur.

Hətta əsərin bir yerində tam bir səhifə çox az dəyişikliklə köçürülüb.

Yəni Helene Hegemann oğurluq edib ki, buna da bədii dildə plagiatlıq deyilər. Bu məlumatdan sonra qızın kitabı haqqında xəyallar suya düşüb, təriflər tənqidlərə çevrilib.

Ötən cümə axşamı Leyspiq kitab yarmarkasında elan olunub ki, 17 yaşlı yazıçını kitabı utopiya janrında yazılmış mükafata layiq finalçlılardan biridir.

Qalib isə 20 min dollar mükafat alacaq. Münsiflər Heyətinin üzvü bildirib ki, qərarı verməmişdən qabaq əsərdəki iqtibaslar haqqında məlumatları varmış.

Münsiflər Heyətinin üzvü Volker Veyderman deyir ki, bu məlumat mənim bu kitabı bəyənməyimə təsir etmir.

"HƏDDƏN ARTIQ TƏSADÜFLƏR"

Hegemann özü isə yazdığı əsərin mənbələriylə bağlı ətraflı məlumat vermədiyinə görə üzr istəyib. Ancaq özünü də müdafiə edib.

Deyib ki, o yeni nəslin nümayəndəsidir, yeni və köhnə media mənbələrindən axıb gələn məlumatları müqayisə edərək və “qarışdıraraq” yeni bir şey yaradıb.

“Mənim əsərimin orjinal olub-olmamasından, yox, onun nəyisə xatırlatmasından söhbət gedə bilər”.

Əsərin plagiat olduğunu üzə çıxaran Dif Pirmasens isə deyir ki, o Heleni də, iki kitab arasındakı oxşarlığı da başa düşə, bunu təsadüf saya bilərdi.

Ancaq o həddindən artıq çox "təsadüf", yəni oxşarlıq aşkar edib: “Müəllifin xəbəri olmadan kitabın bütöv bir səhifəsini cüzi dəyişikliklərlə öz kitabına salmaq, bu artıq qanunsuzluqdur”.

Ancaq plagiatlıqla bağlı deyilənlər 17 yaşlı yazıçının kitabının satışına heç bir təsir göstərməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG