Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:45

Quş ovçuları saxlandı


Cari ov mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 60-dan çox adamı qanunsuz ovla bağlı saxlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, «Ovçuluq haqqında» qanunun pozulması ilə bağlı 51 ov tüfəngi götürülüb.

Nazirlik məhkəmə və hüquq-mühafizə orqanlarına müvafiq tədbir görülməsi üçün müraciət eləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalinin nəzərinə çatdırır ki, 2005-ci ildən bəri quş qripi xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulub.
XS
SM
MD
LG