Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

Hüquq müdafiəçiləri Kremlin məlumatlarına şübhəylə yanaşır


Şimali Qafqazda yaraqlılara qarşı aparılmış son əməliyyatda atışma zamanı təsadüfən 4 mülki şəxsin də həlak olduğu barədə Kremlin məlumatlarını hüquq müdafiəçiləri şübhə altına alırlar.

“Memorial” hüquq müdafiə təşkilatından Aleksandr Çerkasov bildirib ki, həmin mülki şəxslər əslində əvvəl oğurlanıb. Sonra isə işgəncə verilərək öldürülüblər. Çerkasovun sözlərinə görə, bunu onların üzərində çoxlu güllə və bıçaq yaralarının olduğunu göstərən fotoşəkillər də təsdiq edir.

Hakimiyyət orqanları hüquq müdafiəçilərinin bu iddialarına hələlik münasibət bildirməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG