Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

Əvvəlki illərə nisbətən keçən il Azərbaycanda ana və uşaq ölümü azalıb


Ötən il Azərbaycanda ana və uşaq ölümü göstəricilərində azalma qeydə alınıb. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

2008-ci ildə uşaq ölümü üzrə göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu rəqəm 11,4-də enib.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev bildirib ki, keçə il ana ölümü əmsalı isə (100 min diridoğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə düşüb. “Lakin ana ölümü göstəricisinin səviyyəsi bu gün də Səhiyyə Nazirliyini ən çox narahat edən məsələlərdən olduğu üçün bu məsələyə olduqca ciddi münasibət göstərilir. Hər bir ana ölümü doğuşayardım komissiyasında təhlil və müzakirə olunur, metodik sənədlər, klinik protokollar hazırlanır, seminarlar, təlimlər keçirilir”, - deyə o bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG