Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24

Pakistan talibançılarının komandiri ələ keçirilib


ABŞ və Pakistanın xüsusi xidmət orqanlarının keçirdiyi məxfi əməliyyat nəticəsində talibançıların yüksək rütbəli komandirlərindən olan Molla Bəradər Pakistanın Kəraçi şəhərində ələ keçirilib. Məlumatı Nyu York Tayms qəzeti yayıb.

Molla Bəradərin artıq bir neçə gündür Pakistanda təcridxanada saxlanıldığı və kəşfiyyat orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilir.

Molla Bəradər Əfqanıstan müharibəsi başlayandan bu yana ələ keçirilmiş ən mühüm talibançıdır. Nyu York Tayms qəzeti onu Taliban hərəkatının əsasını qoymuş Molla Məhəmməd Ömərdən sonra 2-ci mühüm şəxs adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG