Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Rusiya yeni Ukrayna prezidentini Moskvaya çağırır


Rusiya Prezidenti Dmitri Medvedev Ukraynanın yeni seçilən prezidenti Viktor Yanukoviçi Moskvaya rəsmi səfərə dəvət eləyib. Bu haqda Kremlin yaydığı rəsmi məktubda məlumat verilir.

Rusiya prezidenti Medvedev məktubunda bildirir ki, Ukraynada keçirilən seçkilər əhalinin Moskvayla olan problemləri həll etmək əzmində olduqlarını göstərib.

Viktor Yanukoviçin seçkidəki rəqibi Yuliya Timoşenko hələ nəticələrlə razılamşadığını və məhkəməyə müraciət edəcəyini bildirib.
XS
SM
MD
LG