Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

İranın insan haqlarına özünəməxsus yanaşması var


BMT İnsan Haqları Şurasının iclasında İranda insan haqlarının vəziyyəti kəskin tənqid olunub. 2006-cı ildə Şura yaradılandan sonra ilk dəfə idi ki, Cenevrədə İrandakı durum müzakirə edilirdi. ABŞ və başqa Qərb dövlətlərinin nümayəndələri İranda seçkidən sonra baş verən hadisələrdən, müxalifətin sıxışdırılmasından, həbslərdən və etirazçılara zor tətbiqindən, həmçinin mediaya təzyiqlərdən narahatlıq ifadə ediblər.

İranın nümayədə heytinin rəhbəri Məhəmməd Cavad Laricani isə bildirib ki, İranda insane haqlarının təmin edilməsi üçün uzunmüddətli və özünəməxsus yanaşma var, hər kəsin hüquqları qorunur. Sadəcə Qərb dövlətləri, insane haqlarıyla bağlı vəziyyəti dramatikləşdirməklə Tehrana təzyiq vasitəsi kimi istifadə eləməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG