Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:00

İranda hərbi diktatura qurulur


Obama admisnitrasiyası İranda getdikcə hərbi diktaturanın qurulmaqda olduğuna inanır. ABŞ Dövlət katibi Hillari Klinton Qatarda, Ərəb Universiteti tələbələrinə videomüraciətində belə deyib.

Klintonun sözlərinə görə, İranda İnqilab Keşikçiləri Korpusunun getdikcə daha çox hakimiyyətə sahib olması bunu sübut edir.

ABŞ Dövlət Katibi İrana qarşı sanksiyaları dəstəkləməsi üçün regionun ərəb ölkələrinə səfərə gəlib.
XS
SM
MD
LG