Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:46

Varlılar daha da varlanır


Rusiyada zənginlərin var-dövləti artır. “Finans” jurnalının tərtib etdiyi siyahıda polad maqnatı olan Vladimir Lısin ölkənin ən varlı adamı olub. Ötən il varidatı cəmi 7.7 milyard dollar olan Novolipetsk Polad-ın sahibi bu il 18.8 milyard dollarla ölkənin ən varlı şəxsi olub.

Ötən il Rusiya varlıları siyahında birinci olan poladvə bank maqnatı Mixail Proxorovun var-dövləti 14.1 milyard dollardan 17.8 milyard dollara artıb, və siyahıda ikinci yerə düşüb.

Ümumilikdə böhranın təsirlərinin azalmasıyla Rusiyadakı zəngin şəxslərin var-dövlətini artırması diqqət çəkir. Ölkənin ən varlı 10 adamı ötən il ərzində varidatlarını 84 faiz arıtırıblar və birlikdə indi 139.3 milyard dollara sahibdirlər.
XS
SM
MD
LG