Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:40

Məhkum edilmiş keçmiş polislərin apellyasiya şikayətinə baxılır


Bakı Apelyasiya Məhkəməsində 1998-2008-ci illər ərzində Bakı şəhərində 30-dan çox valyutadəyişmə məntəqələrinə və digər obyektlərə silahlı basqınlarda ittiham olunan şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ), Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşı Mehdi Əmirəliyev, DİN Şuşa şəhər şöbəsində və BMCMİ-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev və Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırov və İsmayıl Feyziyev dəstə yaradaraq, 1998-2008-ci illərdə valyutadəyişmə məntəqələrinə basqınlar etməkdə təqsirləndiriliblər.

Dəstə üzvləri 2008-ci il sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onların Bakının müxtəlif rayonlarında 20-dən artıq cinayət törətdiyi üzə çıxıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mehdi Əmirəliyev və İrac Nəsrullayevin hər birinə 15 il, İsmayıl Feyziyevlə Ceyhun Qarayevin hərəsinə 12, Rauf Rzayevə 4 və Seyran Bağırova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Keçmiş polis işçiləri onlara verilən cəzaların ağırlığı ilə razılaşmayaraq apellyasiya şikayəti veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG