Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:40

İcazəsiz şəkil çəkmək olarmı? – dünya təcrübəsi


Bəzi ölkələr də var ki, orda yalnız hökumətdən icazə almaq lazımdır

Bəzi ölkələr də var ki, orda yalnız hökumətdən icazə almaq lazımdır

Milli Məclisin yeni qəbul etdiyi düzəliş şəxsin icazəsi olmadan onun şəklinin və videosunun çəkilməsini, səsinin yazılmasını qadağan edir.

İnsan haqları müdafiəçiləri və jurnalistlər media qanununa bu yeni düzəlişi media azadlığını boğmaq kimi qiymətləndirirlər.

Niyə? Çünki, məsələn, seçki vaxtı «karusel» olsa - bir nəfər bir neçə yerdə səs versə, həmin adamın icazəsi olmadan bunu çəkmək artıq mümkün olmayacaq.
Onda media necə deyəcək ki, «karusel» olub?

İCTİMAİ ƏHƏMİYYƏT YOXSA ÖZƏL HƏYAT

Azərbaycan parlamentinin qəbul etdiyi qanun o biri ölkələrdə necədir?

Şəxsi həyatın toxunulmazlığı Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi ilə qorunur.

İfadə azadlığını, media azadlığını isə həmin konvensiyanın 10-cu maddəsi qoruyur.

Ekspertlərin fikrincə, burada konflikt doğrudan da mövcuddur.

Ona görə, jurnalist ictimai maraq baxımından bir nəfərin şəklini çəksə, həmin şəxs isə bunu özəl həyatına müdaxilə hesab etsə, onda son qərarı yalnız məhkəmə verir.

Bəs məhkəmə öz qərarını nəyin əsasında verir?

Böyük Britaniyada məhkəmə qərarı mütənasiblik prinsipinə əsaslanır. Yəni müdaxilə səviyyəsi ictimai əhəmiyyətə uyğun olmalıdır.

Əksər ölkələrin qanunvericiliyinə görə, ictimai yerlərdə şəkil və video çəkmək, səs yazmaq leqaldır.

Bu baxımdan səsvermə günü səs verilən yer ictimai yer olduğuna görə orda insanların şəklini çəkmək olar.

Əksər Avropa ölkələrində qadağan – çəkilən şəklin, yazılan səsin ictimai nümayişi ilə bağlıdır. Yəni, ictimai yerdə çəkmək olar, ancaq tirajlamaq olmaz.

SÖHBƏTİ YAZMAQ ÜÇÜN NEÇƏ İŞTİRAKÇININ RAZILIĞI LAZIMDIR?


Amerikada söhbəti lentə yazmaq olar. Ştatların qanunları arasında fərq – səsi yazmağa razılıq verən iştirakçıların sayındadır.

Amerikanın 38 ştatında söhbəti yazmaq olar, əgər yazan adamın özü söhbətin iştirakçısıdırsa və ya iştirakçılardan ən azı biri söhbəti yazmağa icazə veribsə.

Qalan ştatların hamısında, məsələn, Kaliforniyada, Vaşinqtonda söhbəti yazmaq üçün bütün iştirakçıların razılığını almaq lazımdır.

Bəzi ölkələr də var ki, orda yalnız hökumətdən icazə almaq lazımdır.

Sudana gələn turist nəyi çəkirsə-çəksin, o cümlədən küçədə adamları çəkməyə əvvəlcədən hökumətin icazəsini almalıdır.

Bu icazə beləcə də adlanır – «şəkil çəkməyə xüsusi hökumət icazəsi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG