Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:11

Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantını ümumilikdə qəbul edir


Azərbaycan Qarabağ nizamlanması üzrə Madrid sənədinin yenilənmiş variantını ümumilikdə qəbul edib. Sənəd tərəflərə ötən ilin dekabrında Afinada ATƏT XİN Şurasının sammitində ATƏT Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri tərəfindən təqdim edilib. Bunu bu günkü mətbuat konfransında Azərbaycanın xarci işlər naziri Elmar Məmmədyarov deyib.

Elmar Məmmədyarov deyib ki, Azərbaycanı tamamilə qane etməyən müəyyən elementlər olmasına baxmayaraq, Bakı sənəddə əksini tapmış münaqişənin mərhələli həllinə yanaşmanı dəstəkləyir.

Söhbət erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasından, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından, nəqliyyat kommunikasiyalarının açılmasından və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə yaşaması üçün şərait yaradılmasından gedir.

Xarici işlər naziri bildirib ki, problemin həllində “ən çətin hissə” işğal edilmiş ərazilərin azad edilməsi və köçkünlərin bu ərazilərə qaytarılmasıdır. Onun fikrincə, bu məsələdə irəliləyiş əldə olunması digər problemlərin, xüsusən kommunikasiyaların açılması məsələsinin həllinə yol açacaq. DQ-nin gələcək statusuna gəlincə, Məmmədyarov qeyd edib ki, Qarabağ azərbaycanlı əhalisinin qayıtmasından və iki icmanın dinc şəraitdə birgə yaşamağa başlamasından sonra regiona yüksək muxtariyyət statusu verilə bilər.

XS
SM
MD
LG