Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:17

«Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantını ümumilikdə qəbul edir»


«Madrid prinsiplərinin yenilənmiş variantı Azərbaycan tərəfindən ümumilikdə qəbul olunur. Amma orada müəyyən elementlər var ki, bizi tam qane etmir».

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib. Madrid prinsiplərinin razılaşdırılmamış məqamları ilə bağlı Azərbaycan və Ermənistanın öz təkliflərini təqdim edib-etmədiyi haqda sualı cavablandıran E. Məmmədyarov bildirib ki, keçən həftənin sonunda rusiyalı həmkarı Sergey Lavrovla telefon əlaqəsi saxlayıb və rusiyalı nazir Ermənistanın öz təkliflərini hələ göndərmədiyini söyləyib:

«Azərbaycana gəldikdə, sənəd bütövlükdə bizi qane edir, çünki münaqişənin mərhələli həllini nəzərdə tutur. Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bütün kommunikasiyaların bərpası, məcburi köçkünlərin öz yerlərinə qaytarılması, Qarabağda yaşayan və oraya qayıdan əhalinin təhlükəsizliyinin təminatı, erməni icmasına müvəqqəti statusun verilməsi, sonradan azərbaycanlı icması ilə birlikdə yekun statusun müəyyənləşdirilməsi əksini tapıb».

E. Məmmədyarov Azərbaycan tərəfinin mövqeyinin prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirildiyini xatırladıb və qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bu gün dünyada mövcud olan ən yüksək muxtariyyət statusu çərçivəsində birgə yaşayışını istəyir.

APA

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG