Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:51

Hava isinir


Qar-çovğundan sonra Bakıda havaların mülayimləşəcəyi gözlənir. Temperaturun 10-12 dərəcəyə qədər qalxacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzadlıqRadiosuna verilən məlumata görə, fevralın 15 və 16-da buludlu hava şəraiti, cənub-qərb küləyi müşahidə olunacaq. Arabir küləyin güclənəcək, bəzi yerlərdə yağış yağacaq.

Həftənin ortalarında cənub-qərb küləyini şimal-qərb küləyi əvəz edəcək, həftənin sonuna qədər dəyişkən buludlu hava şəraiti olacağı gözlənir.

Bölgələrdə də hava küləkli keçəcək. Fevralın 17-18-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG