Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:23

Ərdoğan İranın nüvə yanacağının ölkəsində mübadiləsinə razıdır


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın nüvə yanacağının öz ölkəsinin ərazisində mübadiləsinə razı olduğunu bildirib.

Ərdoğanın sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi BMT-nin təklif etdiyi uranın mübadiləsi əməliyyatının Türkiyə ərazisində həyata keçirilməsinin mümkünlüyü məsələsini gündəmə gətirib.

Baş nazir deyib ki, müraciət olarsa, Türkiyə belə mübadiləyə ev sahibliyi etməyə hazırdır.

XS
SM
MD
LG