Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:50

«Universitet təhsili heç bir işə yaramır»


«Universitet təhsilimiz heç bir işə yaramır»

«Universitet təhsilimiz heç bir işə yaramır»

Gələcəyə Körpü Gənclər İctimai Birliyi Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində ötən il 35 gənci işlə təmin edib, 11 nəfəri təcrübə proqramına cəlb edib. Amma iş üçün müraciət edənlərin sayı 358 nəfər olub.

Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Səbinə Sadıxova deyir ki, iş axtaran gənclər bu ildə mərkəzə üz tuta bilər, layihələri hələ davam edir. Gənclərin işlə təminatına kömək edən bu layihə Avropa Komissiyası və Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Səbinə Sadıxova:

«Bizdə gənclərə təlimlər keçirilir ki, işi necə axtarmaq lazımdır. Təlimdən sonra gənclərin müxtəlif şirkətlərlə əlaqəsini yaradırıq, vasitəçilik edirik».

İŞ TƏMİNATINA ƏMİN OLDUQLARI SAHƏDƏ OXUYURLAR

BDU-nun hüquq fakültəsini bitirən Ülkər Kazımova 5 ildir öz ixtisasına uyğun iş tapa bilmir:

«Bizdə əllə sayılacaq tələbə vardı ki, hüququ istəyib sənəd vermişdilər. Qalanları o sahədə işləyə biləcəkləri adamları olduğuna görə, gələcəkdə işlə təmin olunacaqlarına əmin olduqlarına görə bura daxil olmuşdular».

Ülkər Kazımova problemi sistemdə görür. Deyir ki, hüquqşünas kimi iş tapa bilməməsinin səbəblərindən biri təcrübəsizlikdir:

«Universitet təhsilimiz heç bir işə yaramır. Ona görə Səbinə xanım danışanda mənə təəccüblü görünür ki, 4-5 il universitetdə oxuyub iş tapa bilmirsənsə, kurs keçib və ya intervüyə hazırlaşıb işi necə tapa bilərsən?»

«SƏNİ NİYƏ SEÇMƏLİYİK?»

Ülkər işə götürənlərin tələblərinin də işə girməyə əngəl olduğunu düşünür:

İşə götürən elə tələblər qoyur ki, təhsil və tələbənin imkanları qətiyyən üst-üstə düşmür. İş elanlarına və saytlara baxsanız, hüquqşünas kimi fəaliyyət göstərmək üçün 3 il təcrübə istəyirlər. Bu da təbiidir. Hansısa şirkətin hüququnu məhkəmədə qoruyursansa, bunu bilməlisən. Çünki məcəllələri əzbərləməklə bu işin altından qalxa bilməzsən. Universitetin verdiyi bilik təcrübədə heç bir işə yaramır».

Səbinə Sadıxova deyir ki, təcrübə problemi olan gəncləri də onların layihəsi nəzərə alır:

«Biz indiyədək 11 nəfəri müxtəlif sektorlarda təcrübə keçməyə göndərmişik. Bank işçisi, ofis işçisi, administrator və s. kimi təcrübə keçiblər gənclər».

Ülkər Kazımova:

«Bəzən təcrübə də bəhanədir işə götürülməmək üçün. Əgər səni ora yaxşı bir adam məsləhət görübsə, sən təcrübəsiz də işə başlaya bilirsən.
Mən müxtəlif dövlət qurumlarında intervülərdə olmuşam. 10 ilin hüquqşünası mənimlə qarşı-qarşıya oturub sırf onun bilik səviyyəsində olanları məndən soruşur. O, 10 il ərzində işləyib bunu qazanıbsa, məndən universiteti bitirən kimi bu sualların cavabını bilməyi tələb edir. Vakantın perspektivinə baxmırlar. Nəyi hədəf götürdüyünə baxmırlar. Xarici təcrübələrə baxsanız, fərqi görərsiz. «Niyə səni seçməliyik?» – bu sualı əsas götürürlər onlar. Mən bu sualla heç yerdə rastlaşmadım».

DÖVLƏT QULLUĞUNA QƏBUL ZAMANI GƏNCLƏR NƏ İLƏ RASTLAŞIR?

Gənclərin söhbətindən ətraflı xəbərdar olmaq üçün verilişi bütünlüklə dinləyin...

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG